00:00:00
Yazar
Ayan Sadi
04.11.2026 22:13 20 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşdı

 

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında neft qiymətlərində müşahidə olunan ucuzlaşma Azərbaycan neftinin dəyərinə də təsir göstərir. Qiymətlərin aşağı düşməsi ölkənin neft gəlirlərinə, dövlət büdcəsinə və iqtisadi göstəricilərinə mümkün təsirləri yenidən gündəmə gətirir.

 

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan nefti dünya bazarında ona görə ucuzlaşır ki, neft dünya bazarında ucuzlaşır.

 

“Neft qiymətləri həddən artıq yüksəkdir. 65 dollar proqnozlaşdırılıb, amma 100-110 dollardır”.

 

Xalid Kərimli bildirib ki, Azərbaycan neftinin qiymətinin düşməsinin ciddi təsiri yoxdur. Həmişə yüksək olması daha yaxşıdır, çünki əlavə gəlir deməkdir, əlavə qazanc deməkdir. Neftin hər 10 dolları orta qiymətinin yüksəlməsinin Azərbaycana 2,2 milyard manat, hər 10 dollar orta illik qiymətin aşağı düşməsi isə Azərbaycana 2,1 milyard manat ziyanı var. Bu 2,1 milyard manatın 1,7-1,8 milyardı Neft Fondunundur. 300-400 milyon arası dövlət büdcəsidir.

 

İqtisadçı hesab edir ki, neftin qiymətinin qalxmasının xeyri, düşməsinin maliyyə itkisi var. Amma indi illər əvvəldən çox bahalaşdığına görə, indi qiymətin düşməsindən yox, qalxmış hissənin bir hissəsinin azalmasından söhbət gedir.

 

Aysun Xəlilova

#yeni #ucuzlaşdı #baki #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər