00:00:00
Yazar
Nigar Həsənzadə
15.07.2026 22:38 28 1 dəq oxuma
Gündəm

Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı

Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı

Cari ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük idxalçıları açıqlanıb.

 

"İnformator.az"xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı sırasında birinci yeri İtaliya (3,495 milyard ABŞ dolları dəyərində 5,915 milyon ton) tutur. Sonrakı yerlərdə Çexiya (497,4 milyon ABŞ dolları dəyərində 705,8 min ton) və Bolqarıstan (253,1 milyon ABŞ dollarından çox dəyərində 358,8 min ton) qərarlaşıb.

 

Cədvəldə 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan ixrac edilən xam neft və neft məhsullarının 10 ən böyük idxalçısı göstərilib.

 

Ölkə

 

İdxal həcmi

 

İdxal dəyəri (ABŞ dolları ilə)

 

İtaliya

 

5 915 025.73

 

3 495 238 670

 

Çexiya

 

705 791.25

 

497 377 570

 

Bolqarıstan

 

358 842.99

 

253 113 500

 

Rumıniya

 

461 317.25

 

247 844 980

 

Hindistan

 

320 497.27

 

247 366 970

 

Portuqaliya

 

395 031.62

 

221 958 010

 

Almaniya

 

360 299.00

 

210 855 820

 

Tunis

 

307 167.03

 

187 605 080

 

Yunanıstan

 

284 374.74

 

182 764 510

 

Xorvatiya

 

276 342.95

 

162 720 430

 

Digər

 

740 777.35

 

524 576 700

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycandan dünya ölkələrinə 6,231 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 10,125 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

 

Qurumun məlumatına əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, həcm ifadəsində isə 1,921 milyon ton və ya 15,9 faiz azalıb.

#neftinin #azərbaycan #xəbər #idxalçıları
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər