00:00:00
Yazar
Ayşən Səlimova
11.03.2026 20:47 25 2 dəq oxuma
Siyasət

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığının ölkəmizə təyin edilmiş qeyri-rezident səfiri Seyf bin Raşid Əl-Cahvarini qəbul edib.

 

 

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Omanın investisiya fondları Azərbaycanın infrastruktur və sənaye layihələrinə sərmayə yatırmaq imkanına malikdir:

 

 

" Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Oman Sultanlığının qeyri-rezident səfiri Seyf bin Raşid Əl-Cahvari arasında keçirilən görüş diplomatik əlaqələrin gücləndirilməsi və qarşılıqlı etimadın artırılması baxımından əhəmiyyət daşıyır. Qeyri-rezident səfir vasitəsilə daimi və çevik kommunikasiya kanallarının açılması Azərbaycan-Oman münasibətlərində diplomatik dialoqu möhkəmləndirir və regionda hər iki ölkənin nüfuzunu artırır. Əməkdaşlıq sahələri baxımından iki ölkə arasında bir neçə istiqamət xüsusilə, real görünür. İlk növbədə enerji və neft-qaz sektoru diqqət çəkir. Oman neft ixrac edən ölkə kimi Azərbaycanın enerji diplomatiyasında strateji tərəfdaşı ola bilər. Bununla yanaşı, ticarət və logistika sahəsi də perspektivlidir". 

 

 

Politoloq bildirib ki, Omanın dəniz limanları və Azərbaycanın Xəzər, Gürcüstan və Qara dəniz vasitəsilə qlobal ticarət dəhlizlərində mövqeyi əməkdaşlığa əlverişli şərait yaradır:

 

 

" Həmçinin, turizm və mədəniyyət sahəsində əməkdaşlıq qarşılıqlı tanıtım və mədəni mübadilə üçün geniş imkanlar təqdim edir. İnvestisiya və maliyyə sahəsində də perspektiv var. Omanın investisiya fondları Azərbaycanın infrastruktur və sənaye layihələrinə sərmayə yatırmaq imkanına malikdir. Bu sahələr həm iqtisadi, həm də strateji əlaqələrin möhkəmləndirilməsinə xidmət edən sahələrdir. Azərbaycan-Oman münasibətlərinin inkişafı eyni zamanda Azərbaycanın Yaxın Şərq siyasətinə də müsbət təsir edə bilər. Oman ilə diplomatik əlaqələrin möhkəmlənməsi Azərbaycan üçün regionda neytral və sabit tərəfdaşın təmin olunması deməkdir. Bu, ölkəmizə Körfəz dövlətləri ilə əlaqələrini genişləndirmək, strateji manevr imkanlarını artırmaq və regional balansı qorumaq imkanı verir".

 

 

Müsahib qeyd edib ki, enerji və ticarət sahəsində əməkdaşlıq isə Azərbaycanın iqtisadi diplomatiyasını gücləndirir, beynəlxalq arenada nüfuzunu artırır:

 

 

" Gələcəkdə iqtisadi əlaqələrin artması üçün real imkanlar var. Əsas səbəblər arasında hər iki ölkənin prioritet sahələrinin uyğunluğu, diplomatik dəstəyin mövcudluğu və qlobal ticarət dəhlizlərinin istifadəsi dayanır. Azərbaycan və Oman birgə layihələr vasitəsilə tranzit və logistika imkanlarını genişləndirə, enerji və turizm sahəsində qarşılıqlı fayda əldə edə bilərlər. Bundan əlavə, Omanın sərmayə imkanları Azərbaycanın infrastruktur və sənaye layihələrinin sürətlə həyata keçirilməsinə yardımçı ola bilər. Ceyhun Bayramov və Seyf bin Raşid Əl-Cahvari arasındakı görüş Azərbaycan-Oman münasibətlərini yeni səviyyəyə çıxarmaq və diplomatik, iqtisadi və mədəni əməkdaşlığı genişləndirmək baxımından strateji əhəmiyyət daşıyır. Əməkdaşlıq sahələrinin reallığı və gələcəkdə iqtisadi əlaqələrin artması perspektivi iki ölkəyə uzunmüddətli fayda təmin edə bilər".

 

Səmayə Səftərova

#mərkəzində #münasibətlərinin #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər