İsrailin bütün uçuşlarında təhlükəsizlik artırılıb
İsrailin bütün uçuşlarında aviasiya təhlükəsizliyi səviyyəsi artırılıb.
"İnformator.az" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, İsrail təhlükəsizlik xidmətlərinin yeni göstərişləri İsrailə və İsraildən həyata keçirilən bütün uçuşlar, həmçinin aviaşirkətlər və onların israillilər və yəhudilərlə əlaqəli obyektləri üçün gücləndirilmiş tədbirlərin görülməsini tələb edir.
Qeyd edək ki, BƏƏ-dən Təl-Əvivə uçan “Flydubai” şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib. Daha sonra təyyarədə pilotlar arasında davanın baş verdiyi üzə çıxıb.