00:00:00
Yazar
Elmira Ağayeva
20.08.2026 20:42 129 1 dəq oxuma
Gündəm

Azərbaycan–Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu

Azərbaycan–Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu

 

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov avqustun 19-da Özbəkistanda səfərdə olub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki,Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi hər iki ölkə arasındakı münasibətlərin yüksək tempdə inkişaf etdirilməsinin nümunələrindən biridir:

 

“Bu cür müntəzəm siyasi məsləhətləşmələr iki qardaş ölkə arasında əməkdaşlığın hərtərəfli genişlənməsinə bir neçə mühüm istiqamətdə təsir göstərir. Bu imkanlar daxilində liderlərin qəti siyasi iradəsinə əsaslanan strateji müttəfiqlik əlaqələrinin cari dinamikası dəyərləndirilir. Hökumətlərarası Komissiyanın qərarları və əldə olunmuş razılaşmaların icra vəziyyəti operativ şəkildə nəzərdən keçirilir. Ticarət dövriyyəsinin artırılması və birgə investisiya layihələrinin həcminin genişləndirilməsi yolları müzakirə olunur. Energetika, eləcə də nəqliyyat-logistika və Orta Dəhliz çərçivəsində yükdaşımaların potensialı gücləndirilir”.


Tural İrfan qeyd edib ki, bütün bunlarla yanaşı Birləşmiş Millətlər Təşkilatı və Türk Dövlətləri Təşkilatı başda olmaqla beynəlxalq təşkilatlar daxilində ortaq mövqelər dəqiqləşdirilir:

 

“Regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə sıx koordinasiya təmin edilir. Ümumiyyətlə bu görüşlər hər iki ölkə arasında əməkdaşlığın genişlənməsinə xidmət edir, yeni əlaqələr üçün əlavə imkanlar yaradır. Türk Dövlətləri Təşkilatının fəaliyyət istiqamətləri bu kimi siyasi məsləhətləşmələrin intensivliyini labüdləşdirir”.


Nurgün Qənizadə

#Azərbaycan #Özbəkistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər