00:00:00
Yazar
Elmira Ağayeva
15.07.2026 17:46 30 2 dəq oxuma
İdman

Azərbaycan parataekvondoçuları dünya reytinqində liderliyini qoruyur

Azərbaycan parataekvondoçuları dünya reytinqində liderliyini qoruyur

 

Dünya Parataekvondo Federasiyasının açıqladığı yeni reytinqdə Azərbaycan parataekvondoçuları uğurlu nəticələrini davam etdiriblər. Paralimpiya çempionu İmaməddin Xəlilov 70 kq çəki dərəcəsində 495,75 xalla liderliyini qoruyub, Sabir Zeynalov isə iyun ayında qazandığı iki qızıl medal sayəsində 58 kq çəki dərəcəsində ikinci pilləyə yüksəlib. Reytinq siyahısında Amin Əliyev, Amin Şıxalıyev və Səmayə Həsənova da mövqelərini yaxşılaşdırıblar.



Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, potensiallı idmançılarımızın göstərdiyi şücaət həqiqətən də yüksək qiymətləndirilməlidir:

 

"​Qazanılan nəticələr olduqca gözəldir. Nəzərə almaq lazımdır ki, idmançılarımız təcrübəlidir. Bu günə qədər gəldiyimiz yolda qazanılan hər bir uğur bizim üçün böyük nailiyyətdir. Hesab edirəm ki, bu uğurlar bütövlükdə Azərbaycan taekvondosuna bir təkan, stimul və motivasiyadır. Rəqiblərin güclü olduğunu da mütləq qeyd etməliyik. Biz məhz güclü rəqiblər üzərində qələbə qazanaraq bu uğurlara imza atmışıq. Parataekvondoçularımızın uğurlarına gəlincə, onlar məşqlərə olduqca ciddi yanaşır, böyük məsuliyyət nümayiş etdirirlər. Potensiallı idmançılarımızın göstərdiyi şücaət həqiqətən də yüksək qiymətləndirilməlidir. Onların fərdi baxışları, taekvondoya bağlılıqları, ruhlarının bu idman növünün çalarları ilə uzlaşması və idmana olan sevgiləri qazanılan uğurların əsas göstəricisidir. İnanıram ki, bu nailiyyətlərin ardı mütləq gələcəkdir. Uğurların ardıcıl olmasını təmin etmək üçün məşqlər vaxtı-vaxtında və yüksək səviyyədə keçirilməlidir. Ruh düşkünlüyünə yol vermək olmaz. Çatışmayan cəhətlər üzərində xüsusi işləmək, peşəkar məşqçilərin tövsiyələrinə qulaq asmaq və təhlillər aparmaq lazımdır. Analiz aparmaq müasir idmanın əsas, ayrılmaz hissələrindən biridir. Təhlillərdən sonra çatışmazlıqları aradan qaldırmaq, tempi qoruyub saxlamaq və psixoloji cəhətdən dayanıqlı olmaq uğurlarımızın davamlılığı üçün vacib şərtdir".

 

Samirə Allahverdizadə

#İdman #Parataekvondo #milli
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər