Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” matçının vaxtı müəyyənləşib
Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli müəyyənləşib.
"İnformator.az" xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Üç günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
16 oktyabr (cümə)
“Şamaxı” – “Şəfa”
Şamaxı şəhər stadionu, 15:00
“Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00
17 oktyabr (şənbə)
“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 16:00
“Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
18 oktyabr (bazar)
“Turan Tovuz” – “İmişli”
Tovuz şəhər stadionu, 16:00
“Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu, 18:30