00:00:00
Yazar
Nigar Həsənzadə
19.07.2026 23:24 29 1 dəq oxuma
İdman

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə Avropa üçüncüsü olub

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə Avropa üçüncüsü olub

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə imza atıb.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur yarımfinal mərhələsinə yüksəlməklə bürunc mükafata layiq görulüb.

 

İstedadlı idmançı bununla, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.

 

Qeyd edək ki, Onur Quluzadə - Görkəm Öcal dueti bu gün keçirilən yarımfinal görüşündə Luis Fegerl və Ladimir Mayorovdan ibarət Avstriya-İspaniya tandeminə 2:3 hesabı ilə uduzaraq Avropa birinciliyində mübarizəni bürünc medalla başa vurub.

#onur #quluzadə #stolüstü #üçüncüsü
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər