00:00:00
Yazar
Elmira Ağayeva
13.08.2026 21:41 111 2 dəq oxuma
Gündəm

“Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionun iqtisadi inkişafına yeni imkanlar yaradır”-ŞƏRH

“Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionun iqtisadi inkişafına yeni imkanlar yaradır”-ŞƏRH

Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi regionda yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır. Üç ölkə enerji, nəqliyyat, ticarət və təhlükəsizlik sahələrində həyata keçirdiyi birgə layihələrlə Cənubi Qafqazın geosiyasi və iqtisadi əhəmiyyətini artırır.


Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə strateji əməkdaşlığa malik olan dövlətlərdir:

“Bütün sahələr üzrə hər üç dövlətin ikitərəfli və üçtərəfli strateji tərəfdaşlığı var. Bu, əslində, region üçün  həm təhlükəsizlik baxımından, həm sülhün dayanıqlığı baxımından, həm də iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, bu gün Azərbaycanın reallaşdırdığı həm nəqliyyat, həm enerji layihələri Gürcüstan və Türkiyə üzərindən reallaşıb. Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verir. Həmin dəhliz Gürcüstan və Türkiyə üzərindən Avropa İttifaqına daxil olur. Eyni zamanda, Bakı-Tbilisi-Qarsın ötürmə imkanları 1 milyon tondan 5 milyon tonadək artırılıb. Bu dəmiryol xətti vasitəsilə də yüklərin daşınması və Orta Dəhlizin genişlənməsi müşahidə olunur”.

Vüqar Bayramov bildirib ki, üçtərəfli formatda əməkdaşlıq həm də ölkələrin iqtisadiyyatının inkişafı baxımından vacibdir:


“Çünki bu, əslində, həmin ölkələrin iqtisadi inkişafı üçün yeni imkanlar yaradır. Birgə layihələr həyata keçirilir, idxal-ixracda həm elektron, həm eyni zamanda güzəştli şərtlərlə qaydaların tətbiqi reallaşır. Bütün bunlar hər üç ölkə arasındakı ticarət dövriyyəsinə birbaşa təsir göstərir. Gürcüstanla Azərbaycanın geniş ticarət əlaqələri var. Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Bütün bunlar ondan xəbər verir ki, üçtərəfli formatda strateji tərəfdaşlıq regionda sülhə və təhlükəsizliyə xidmət etməklə yanaşı, hər üç ölkənin iqtisadi inkişafına yaxından dəstəkləyir”.

Nuray Əliyeva

#imkanlar #baki #gündəm #xəbər #əməkdaşlığı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər