00:00:00
Yazar
Güllər Gülhüseynova
02.07.2026 16:26 28 1 dəq oxuma
Gündəm

Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə RPrezident Administrasiyasının Müdafiə Sənayesi Agentliyinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə müdafiə naziri ölkələr arasında həyata keçirilən birgə hərbi sənaye layihələrinin ordularımızın müdafiə qüdrətini daha da artıracağından əminliyini ifadə edib.

 

Göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirən M.M.Şeker bu cür görüşlərin qardaş ölkə ilə mövcud hərbi əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.

 

Səfər çərçivəsində nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə görüşüb.

 

Görüşdə xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığın yüksələn xətlə inkişafına böyük təsir göstərdiyi qeyd olunub.

 

Keçirilən hər iki görüşdə tərəflər ölkələrimiz arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən peyk texnologiyaları, radioelektron mübarizə, insansız sistem və digər sahələrdə süni intellektin tətbiqinə dair ətraflı fikir mübadiləsi aparıblar.

 

#azərbaycan-türkiyə #hərbi #edilib #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər