Azərbaycan U-17 Qazaxıstanda qələbə qazanıb
U-17 Azərbaycan millisi UEFA İnkişaf Turnirində ilk məğlubiyyətdən sonra toparlanaraq vacib qələbə qazanıb. Penaltilər seriyasında əldə olunan uğur komandanın psixoloji dayanıqlığını da ön plana çıxarıb.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib ki, hər turnir futbolçular üçün yeni bir sınaqdır:
"Onlar hər oyunda biraz da bərkiyirlər. Əlbəttə ki, məğlubiyyətdən sonrakı qələbə çox yaxşıdır. Ümumiyyətlə, nə qədər Beynəlxalq oyun çox olarsa, futbolçuların inkişafına bir o qədər yaxşı təsir edər, inkişaf üçün təkan vermiş olar ".
Zəhra Möhübbətova