Azərbaycan və Çad ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan və Çad Respublikası arasında ticarət, investisiya və enerji sahələrində əməkdaşlıq potensialının reallaşdırılması imkanları müzakirə edilib.
"İnformator.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.
Müzakirələr nazirin İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində Çadın dövlət naziri, maliyyə, büdcə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguilin ilə görüşündə baş tutub.