Azərbaycan və Gürcüstanın parlament sədrləri regional sülhü müzakirə edib
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
"İnformator.az" "APA"a istinadən xəbər verir ki, bu barədə gürcü spiker "X" hesabında bildirib.
O qeyd edib ki, görüş zamanı fəal parlamentlərarası əməkdaşlıq alqışlanıb və Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığa sadiqlik təsdiqlənib.
“Biz bölgəmizdə sülh prosesini müzakirə etdik və strateji enerji layihələrinin irəlilədilməsinin vacibliyini vurğuladıq”, - Papuaşvili yazıb.