00:00:00
Yazar
Aysel Mirzəyeva
11.03.2026 21:04 21 1 dəq oxuma
Siyasət

“Azərbaycan və Özbəkistan birgə fond vasitəsilə layihələri artıracaq” - ŞƏRH

“Azərbaycan və Özbəkistan birgə fond vasitəsilə layihələri artıracaq” - ŞƏRH

Azərbaycan və Özbəkistanın Hesablama Palataları arasında keçirilən görüşdə maliyyə nəzarəti, audit təcrübəsinin paylaşılması və institusional əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tərəflər dövlət maliyyə idarəçiliyində şəffaflığın artırılmasının vacibliyini vurğulayıblar.


Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, iki ölkə arasında əməkdaşlığın konkret nəticələri texniki səviyyədə olsa da, bu addım daha geniş iqtisadi əlaqələrə təsir göstərə bilər:

 

“Əslində, Hesablama Palatalarının əməkdaşlığı texniki və institusional xarakter daşıyır. Onların birbaşa fəaliyyətinin necə aparıldığını yalnız müvafiq palatalardan öyrənmək olar. Amma məsələ yalnız bununla bitmir. Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin inkişafı üçün artıq birgə fond yaradılıb. Bu fond vasitəsilə hər iki ölkə üçün vacib layihələrin maliyyələşdirilməsi mümkündür. Eyni zamanda, birgə kooperasiya layihələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, tranzit və nəqliyyat əlaqələrinin gücləndirilməsi kimi addımlar da əlaqələrin dərinləşməsinə səbəb ola bilər. Hesablama Palatalarının öz əməkdaşlığı isə daha çox təcrübə mübadiləsi, audit metodlarının paylaşılması və institusional biliklərin artırılması kimi sahələri əhatə edir. Görüşlər zamanı mütəxəssislər bir-biri ilə fikir mübadiləsi aparıb, təcrübələrini bölüşüblər. Yəni bu, sadəcə danışıq səviyyəsində deyil, praktik olaraq da bir-birinin təcrübəsini öyrənmək istiqamətində atılan addımlardır. Bu cür əməkdaşlıq nəticədə büdcə vəsaitlərinin daha səmərəli və şəffaf istifadə olunmasına da kömək edə bilər”.


Ayşə Müzəfərli

#“azərbaycan #özbəkistan #artıracaq” #vasitəsilə #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər