00:00:00
Yazar
Lalə Qafarova
09.04.2026 21:42 24 1 dəq oxuma
Media

Azərbaycan və Qazaxıstan media sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Qazaxıstan media sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

Medianın İnkişafı Agentliyində Azərbaycan və Qazaxıstan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Görüşdə xüsusilə dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması və informasiya təhlükəsizliyi kimi mühüm istiqamətlər ön plana çıxarılıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a media eksperti Hacıbəy Heydərli bildirib ki, Azərbaycan və Qazaxıstan arasında media əlaqələrinin böyük potensialı mövcuddur:

 

"Azərbaycan və Qazaxıstan arasında münasibətlər bütün sahələrdə ən yüksək səviyyədədir. Hər iki ölkə beynəlxalq qurumlarda və türk dünyası təşkilatlarında sıx əməkdaşlıq edir. Bu baxımdan media sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var.

Hesab edirəm ki, Azərbaycan və Qazaxıstan media subyektləri arasında daha sıx əməkdaşlıq zamanın tələbidir. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın xarici siyasətində əsas prioritet türk dünyasıdır. Bu yanaşma jurnalistlər üçün də bir yol xəritəsi olmalıdır.

Azərbaycan və Qazaxıstan jurnalistləri ortaq layihələr həyata keçirməli, forumlar təşkil etməli və qarşılıqlı inteqrasiyanı daha da gücləndirməlidirlər. Eyni zamanda dezinformasiyaya və feyk xəbərlərə qarşı mübarizə, türk dünyasının dəyərlərinin təbliği media üçün əsas prioritetlərdən biri olmalıdır.

Media savadlılığının artırılması istiqamətində Azərbaycan artıq müəyyən uğurlar əldə edib və düşünürəm ki, Qazaxıstan mediası da bu təcrübədən faydalana bilər".

 

Reyhan Quliyeva

#qazaxıstan #yeni #edib #media #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər