00:00:00
Yazar
Banuçiçək Məmmədova
09.06.2026 13:37 47 1 dəq oxuma
Siyasət

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edilib

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edilib

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 84 əcnəbi ölkədən deportasiya edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında açıqlama verilib.

 

Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Türkmənistan, Hindistan, Çin, Misir, Azərbaycan, Keniya, Rusiya, Nigeriya, İraq, Kuba, Livan, Pakistan, CAR, Somali və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

#vətəndaşları #gündəm #deportasiya #edilib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər