Azərbaycanda mobil operatorların gəlirləri 6% artıb
Bu ilin birinci rübündə Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 931,7 milyon manat məbləğində xidmət göstərib.
"İnformator.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,2% çoxdur.
Xidmətlərin 69,4%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 303,4 milyon manatı (32,6%-i) mobil telefon rabitəsi sahəsində formalaşıb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il mobil telefon rabitəsi sahəsində gəlirlər 5,9% artıb.