00:00:00
Yazar
Elmira Ağayeva
25.11.2026 23:27 67 1 dəq oxuma
Sosial

Azərbaycanda müəllimlərin sayı ilə bağlı vəziyyət necə qiymətləndirilir?

Azərbaycanda müəllimlərin sayı ilə bağlı vəziyyət necə qiymətləndirilir?

 

Təhsil sistemində müəllimlərin sayı, vakant yerlərin mövcudluğu və şagird kontingentindəki dəyişikliklər aktual məsələlərdəndir. Bu göstəricilərin hazırkı vəziyyəti və tədris prosesinə mümkün təsirləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu müəllimlərin sayının azalması ilə bağlı fikirləri doğru hesab etmədiyini bildirib. Onun sözlərinə görə, müəllimlərin işlə təmin olunması və vakant yerlərlə bağlı mövcud vəziyyət fərqli qiymətləndirilməlidir:

“Bu, məqsədli şəkildə həyata keçirilən azalma deyil. Hazırda kifayət qədər vakant yer elan olunub və işlə təmin olunmayan müəllimlər də var. Ən azı indiki vəziyyətdə müəllimlərin sayının ciddi şəkildə azaldığını söyləmək doğru olmaz. Müəllimlərin bir qismi işlə təmin olunmaqda çətinlik çəkir. Bununla yanaşı, kifayət qədər vakant yer üzrə qəbul aparılır və həmin yerlər də dolur. Müəllimlərin sayındakı dəyişiklik təhsil prosesində hər hansı ciddi problemə səbəb olmayıb. Şagirdlərin sayına gəldikdə isə, burada artımdan deyil, azalmadan söhbət gedir. Buna görə də həm müəllimlərin sayının azalması, həm də şagirdlərin sayının artması ilə bağlı səsləndirilən fikirləri doğru hesab etmirəm”.

Gülnar Mustafayeva

#baki #vəziyyət #bağlı #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər