00:00:00
Yazar
Bəsti Nəsibova
26.11.2026 11:33 648 2 dəq oxuma
Sosial

Cəmilə Çingizqızı: Uşaqlara və ailələrə göstərilən sosial dəstəyin real nümunələri ilə tanış olduq

Cəmilə Çingizqızı: Uşaqlara və ailələrə göstərilən sosial dəstəyin real nümunələri ilə tanış olduq

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Çingizqızı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən mediaturda iştirak edib.

QHT nümayəndələri, jurnalistlər və sosial media təmsilçilərinin qatıldığı mediatur çərçivəsində Qəbələ və Zaqatala rayonlarında fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti ilə yaxından tanışlıq olub.

Cəmilə Çingizqızı səfərlə bağlı təəssüratlarını bölüşərək bildirib ki, mərkəzlərdə uşaqların və ailələrin ehtiyaclarına uyğun müasir və əlverişli şərait yaradılıb. Binalarda aparılan təmir işləri, müasir avadanlıqlarla təchizat, otaqların təşkili və sanitar şərait xüsusi diqqət çəkib.

Mediatur iştirakçıları mütəxəssislərin uşaqlarla keçirdikləri praktiki məşğələləri, interaktiv oyunları, inkişafetdirici fəaliyyətləri, eləcə də valideynlər üçün təşkil olunan maarifləndirici təlimləri izləyiblər.

Cəmilə Çingizqızı təəssüratlarını bölüşərək qeyd edib:

“Burada uşaqların inkişafına, onların sosiallaşmasına və valideynlərin maarifləndirilməsinə yönəlmiş işləri görmək çox sevindirici idi. Xüsusilə uşaqlarla yanaşı, valideynlərin də bu prosesə cəlb olunması təqdirəlayiqdir. Çünki ailə ilə birgə aparılan iş uşaqların inkişafında mühüm rol oynayır.

Məlumat verildi ki, Komitənin ölkə üzrə 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Qəbələ və Zaqatala rayonlarında bu mərkəzlərin fəaliyyəti ilə tanışlıq sosial xidmətlərin əhəmiyyətini, uşaqlara və ailələrə göstərilən dəstəyin konkret nəticələrini daha yaxından görməyimizə imkan yaratdı”.

İctimai Birliyin sədri vurğulayıb ki, bu cür mediatur və tanışlıq səfərləri QHT-lərin sosial sahədə həyata keçirilən işlərlə yaxından tanış olması, təcrübə mübadiləsinin aparılması, eləcə də dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Cəmilə Çingizqızı mediaturun təşkilinə və mərkəzlərin fəaliyyəti ilə tanış olmaq imkanının yaradılmasına görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

#dəstəyin #çingizqızı: #baki #sosial #tanış
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər