00:00:00
Yazar
Ayşən Səlimova
01.04.2026 20:42 18 2 dəq oxuma
Media

Azərbaycanda xarici media orqanlarının fəaliyyətinə dair yeni tələb müəyyənləşib

Azərbaycanda xarici media orqanlarının fəaliyyətinə dair yeni tələb müəyyənləşib

Qərara əsasən, bununla bağlı "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"na dəyişiklik edilib.

 

Mövzu ilə bağlı media eksperti Namənd Rüstəmov “İnformator.az” a açıqlamasında bildirib ki, sözügedən maddə ilə bağlı dəyişiklik Baş nazir Əli Əsədov vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyasının 119-cu maddəsinə, həmçinin 2025-ci il 14 iyul tarixli qanun dəyişikliklərinin qüvvəyə minməsi ilə əlaqədar qəbul edilib:

 

 

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 119-cu maddəsi Nazirlər Kabinetinin səlahiyyətlərini müəyyən edir. Belə ki, dövlət büdcəsinin icrasına nəzarət bilavasitə Nazirlər Kabineti vasitəsilə həyata keçirilir. Əslində martın 31-dən qüvvəyə minən yeni düzəlişə görə, respublika ərazisində hüquqi şəxslərin dövlət reyestri ilə bağlı qaydalar dəyişir. Detalları izah etməyə çalışaq və görək bu maddədə nədən bəhs edilir və bunun media subyektlərinin fəaliyyəti ilə əlaqəsi nədir. Diqqət etsək, görərik ki, dəyişikliyə əsasən bundan sonra xarici media subyektlərinin filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması barədə həmin fəaliyyəti həyata keçirənlər vasitəsilə 3 iş günü müddətində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə məlumat verilməsi tələbi qoyulur. Yəni ölkəmizdə informasiya toplamaq, istehsal etmək və yaymaq fəaliyyəti ilə məşğul olmaq üçün bu prosesə nəzarət edən dövlət orqanlarını məlumatlandırmaq zəruridir. Əslində bir qədər təəccüblü görünsə də, bənzər tələblər demokratikliyi ilə tanınan ABŞ-də və Avropanın bir sıra ölkələrində də mövcuddur. Dünyada son illər baş verən gərgin proseslər fonunda aydın görünür ki, cərəyan edən hibrid müharibələr çərçivəsində qanunlardakı boşluqlardan və ya loyallıqdan məharətlə istifadə edilə bilər. Çox vaxt söz azadlığı bəhanəsi ilə destruktiv fəaliyyət göstərən, bəzən isə kəşfiyyat və diversiya xarakterli işlər həyata keçirən pis niyyətli qüvvələr bu boşluqlardan istifadə etməyə çalışırlar. Belə hallarda qanunvericilikdəki boşluqlardan istifadə edilməsi mümkündür. Məsələn, sabah hər hansı xarici media orqanının fəaliyyəti ilə bağlı hüquqi problem yarandıqda, ölkənin götürdüyü beynəlxalq öhdəliklər və qoşulduğu konvensiyalar əsas gətirilə bilər. Bu isə nəticə etibarilə ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək riski yaradır. Sözügedən addım böyük ehtimalla bu cür təhdidlərin qarşısının alınmasına hesablanıb. Bu dəyişiklik qüvvəyə mindikdən sonra ölkədə fəaliyyət göstərən bütün xarici KİV-lər qanunvericiliyin tələblərinə əməl etməli və fəaliyyətlərini müvafiq orqanlarla razılaşdırmalıdır. Çünki etik və hüquqi baxımdan qonaq olduğun ölkənin qanunlarına riayət etmək normal və qəbul olunmuş bir prinsipdir".

 

Selcan Xudiyeva

#Media
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər