00:00:00
Yazar
Zəri Bayramlı
23.09.2026 10:42 21 1 dəq oxuma
Sosial

Azərbaycanda yeni iş yerləri yaradılacaq

Azərbaycanda yeni iş yerləri yaradılacaq

 

Azərbaycanda yeni iş yerləri yaradılacaq. 


"İnformator.az" xəbər verir ki, sözügedən məsələ Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

 

Dövlət proqramında Daşkəsən dəmir filizi layihəsi çərçivəsində filiz hasilatının təşkili, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində Zənginləşdirmə zavodunun, həmçinin dəmir filizi layihəsi çərçivəsində dəmir filizi konsentratının Zənginləşdirmə zavodundan Pellet istehsalı zavoduna nəqli üçün 45 km uzunluğunda boru kəmərinin qurulması nəzərdə tutulur.

 

Həmçinin Daşkəsən dəmir filizi layihəsi çərçivəsində Pellet istehsalı zavodunun qurulması planlaşdırılır.

 

Bundan başqa, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində İBD zavodunun qurulması, qara metallurgiya sahəsində əlavə stimullaşdırıcı tədbirlərin və güzəştlərin, o cümlədən dəmir yolu yükdaşıma tarifləri üzrə güzəştlərin tətbiqinə dair təkliflər hazırlanması dövlət proqramında əksini tapıb.

#yerləri #xəbər #yaradılacaq #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər