Azərbaycanın FIFA referisi UEFA Konfrans Liqasına təyinat alıb
Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti dəfə UEFA Konfrans Liqasının oyununa təyinat alıb. Bu təyinat Azərbaycan hakimliyinin beynəlxalq arenada artan etimadının göstəricilərindən biri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az" a açıqlamasında deyib ki, Kamal Umudlu FİFA dərəcəli hakimdir. Bu cür hakimlərə isə vaxtaşırı beynəlxalq oyunlara təyinat gəlir:
"Bu baxımdan təyinatı normal qarşılayıram. Təbii, ki, gənc hakim üçün beynəlxalq oyunu idarə etmək böyük motivasiyadır. Yəqin ki, istəyi odur ki, oyunu yaxşı idarə edib dərəcəsini qaldırsın, daha məsul, yüksək səviyyəli oyunlara təyinat ala bilsin. Buna görə Kamal Umudlu bu oyunu da yaxşı idarə etməli, özünü təsdiqləməlidir".
Zəhra Möhübbətova