00:00:00
Yazar
Güllər Gülhüseynova
24.07.2026 21:52 25 1 dəq oxuma
İdman

Azərbaycanın futzal komandası Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Azərbaycanın futzal komandası Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

 

Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarında uğurlu çıxışını davam etdirərək 1/4 finalda Portuqaliya təmsilçisini məğlub edib və yarımfinala yüksəlib. Komandanın nəticəsi Azərbaycan universitet idmanının inkişafı baxımından əhəmiyyətli uğur hesab olunur.


Mövzu ilə bağlı Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov "İnformator.az"a açıqlamasında deyib ki, həmin komanda keçən il çempion olub və bu il də artıq o titulla yarışda çıxış edir:


"Komanda turnirin favoriti hesab edilir. Müəyyən səbəblərə görə isə əsas oyunçulardan ikisi gedə bilməyib. Buna baxmayaraq komanda birlik göstərdi və artıq finaldadır. Yarımfinalda güclü İspaniya komandası ilə görüşdə 3-3 penaltı seriyası ilə qalib gələrək finala yüksəlib. Bu gün isə artıq Xorvatiya komandası ilə finalda görüşəcək. Güman edirəm ki, uşaqlarımız bu birliyi sona qədər saxlayıb finalda da layiqli çıxış edə biləcəklər. Fürsətdən istifadə edərək hamısına bol uğur arzulayıram. İnşallah qələbə ilə vətənə dönərik".


Zəhra Möhübbətova

#Futbol #Avropa #Futzal #Azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər