00:00:00
Yazar
Zəhra Həsənova
23.03.2026 21:18 55 2 dəq oxuma
İdman

Azərbaycanın Futzal millisi yeni təlim-məşq toplanışına start verir

Azərbaycanın Futzal millisi yeni təlim-məşq toplanışına start verir

Futzal üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışına start verir. Martın 23-dən 26-dək davam edəcək hazırlıq prosesinə 18 oyunçu dəvət olunub. Toplanışın əsas məqsədi komandanın qarşıdakı oyunlara hazırlıq səviyyəsini artırmaqdır.


"Təlim-məşq toplanışı milli komandanın bir-birindən daha çox ünsiyyətdə olması və oyun komponentlərini daha düzgün və yaxşı başa düşməsi üçündür".


Bu sözləri Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, sentyabr ayından ilin sonunadək seçmə mərhələnin oyunları olacaq. Ona görə də, bu toplanışların əhəmiyyəti var ki, oyunçular özlərini komanda kimi formalaşdırmağa bilsinlər:


"Rəqib Gürcüstan və Qazaxıstanla da oyunlarımız olacaq. Bu da onların hazırda olan potensialının üzə çıxmasında çox yaxşı bir vasitədir. Məşqçimiz oyunçuların bütün üstünlük və çatışmazlıqlarını görmək istəyir. Mənim fikrim budur ki, təlim-məşq toplanışı bunun üçün çox gözəl bir şansdır".


Müsahibin sözlərinə görə, qısamüddətli də olsa toplanışların təsiri böyük olur:


"Əlbəttə, bu baş verir: hətta biz baş məşqçilərin öyrəndiklərini çempionat oyunlarında tətbiq etdiklərinin şahidi oluruq. Burada pis bir şey yoxdur, yaxşı mənada çox təsiri olur. Bəzən məşqçilər cavanlarla işləməyi sevdiyinə görə, U-19-u nəzərində saxlayırlar. U-19 çempionat oyunlarında qalıb, orada iştirak edir. Gəncləri qeydiyyata götürür və onlara bax bu cür vəziyyətlərə görə təlim proseslərinə şans verir. Bu da, futzalın gələcəyi üçün yaxşı məqamlardan biridir".


Zəhra Möhübbətova

#azərbaycanın #yeni #start #verir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər