00:00:00
Yazar
Hüseynova Mələk
15.06.2026 18:37 26 1 dəq oxuma
İdman

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb 

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokuna start verilib. 


"İnformator.az" xəbər verir ki, reytinq xarakterli yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.


50 kiloqramda Sübhan Mamedov 1/8 final çərçivəsində hindistanlı Rişi Singlə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən dünya çempionu yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. O, ikinci döyüşündə ilk mərhələdən azad olan Asilbek Jalilovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.


Məhəmmədəli Aşırəliyev (60 kiloqram) də debütdə qələbə qazanıb. Yakub Krzpeiti (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edən boksçu 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Görüş iyunun 17-də olacaq.

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokuna 8 boksçusu ilə yollanıb.

#Boks #qələbə #Dünya Kuboku
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər