00:00:00
Yazar
Ayan Sadi
02.09.2026 23:16 61 2 dəq oxuma
Gündəm

Azərbaycanın startap ekosistemində yeni maliyyə imkanları

Azərbaycanın startap ekosistemində yeni maliyyə imkanları

Azərbaycanda vençur kapitalı və startapların maliyyələşdirilməsi sahəsində həyata keçirilən islahatlar innovativ şirkətlər üçün yeni maliyyə imkanları yaradır.

 

 Mövzu ilə bağlı “İnformator.az”a açıqıamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki,Vençur maliyyələşməsi və kraudfandinq Azərbaycanda startap ekosisteminin inkişafına ciddi təkan verə bilər:

 

 

“Ən böyük üstünlük ondan ibarətdir ki, innovativ ideyası olan, lakin ənənəvi bank kreditinə çıxışı məhdud olan sahibkarlar öz layihələrini maliyyələşdirmək üçün alternativ mənbələr əldə edirlər. Bu da yeni bizneslərin yaranmasını və yeni iş yerlərinin açılmasını sürətləndirə bilər.

Vençur kapitalı xüsusilə texnologiya, süni intellekt, maliyyə texnologiyaları, kənd təsərrüfatı texnologiyaları və digər innovativ sahələrə investisiyaların artmasına imkan yaradır. İnvestor təkcə pul yatırmır, həm də startapa idarəetmə, marketinq, beynəlxalq bazarlara çıxış və biznes əlaqələri baxımından dəstək göstərə bilir. Nəticədə Azərbaycan şirkətlərinin daha sürətli böyüməsi və xarici bazarlara çıxması mümkün olur.

 

Akif Nəsirli qeyd edib ki,Kraudfandinq isə daha kiçik layihələr üçün maliyyə toplamaq imkanlarını genişləndirir. 

 

Burada həm investorların, həm də adi vətəndaşların müəyyən layihələrin maliyyələşdirilməsində iştirak etməsi mümkündür. Bu mexanizm sahibkarlıq fəaliyyətinə ictimai marağı artırmaqla yanaşı, yeni məhsul və xidmətlərin bazarda sınaqdan keçirilməsinə də şərait yarada bilər.

Bu maliyyələşdirmə alətlərinin inkişafı iqtisadiyyatın diversifikasiyasına da xidmət edə bilər. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə innovasiya və yüksək texnologiyaların payının artırılması üçün yeni maliyyə mənbələrinin formalaşması vacibdir. Startapların uğurlu olması gələcəkdə vergi gəlirlərinin, ixracın və məşğulluğun artmasına da töhfə verə bilər.

 

 

Akif Nəsirlinin sözlərinə görə,Lakin bunun üçün hüquqi və institusional mühitin inkişaf etdirilməsi vacibdir. 

 

İnvestorların hüquqları qorunmalı, kraudfandinq platformalarının fəaliyyəti şəffaf olmalı, maliyyə vəsaitlərinin istifadəsinə nəzarət mexanizmləri yaradılmalıdır. Eyni zamanda startaplara yalnız maliyyə deyil, biznes məsləhəti, mentorluq və beynəlxalq bazarlara çıxış imkanları da verilməlidir.Əgər bu mexanizmlər düzgün qurularsa, vençur maliyyələşməsi və kraudfandinq Azərbaycanda sahibkarlığın maliyyələşdirilməsi üçün alternativ vasitədən daha geniş iqtisadi əhəmiyyət daşıyan mexanizmə çevrilə bilər. Bu, yeni ideyaların kommersiyalaşdırılmasına, innovativ şirkətlərin yaranmasına və iqtisadiyyatın daha rəqabətqabiliyyətli olmasına şərait yaradar.

 

Nurgün Qənizadə

#baki #maliyyə #ekosistemində #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər