00:00:00
Yazar
Zeynəb Yunuszadə
15.05.2026 21:22 26 1 dəq oxuma
İdman

Azərbaycanın üç sərbəst güləşçisi U-17 Avropa çempionatında finala yüksəlib

Azərbaycanın üç sərbəst güləşçisi U-17 Avropa çempionatında finala yüksəlib

Azərbaycanın üç sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində U-17 Avropa çempionatında finala yüksəlib.

 

"İnformator.az" xəbər verir ki, yarışın beşinci günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.

 

Hüseyn Rzazadə (48 kq) gürcüstanlı Laşa Koridze (9:0), türkiyəli Yiğit Egemen (10:0) və rusiyalı Asilder Asluyevə (10:0) heç bir şans tanımayaraq finala vəsiqə qazanıb. Hüseyn sabah həlledici görüşdə ukraynalı Volodimir Boykoyla üz-üzə gələcək.

 

Abbas Şəfiyev (55 kq) türkiyəli Muhammed Yiğit (8:5) və slovakiyalı Patrik Vetrakı (6:0) mübarizədən kənarlaşdırsa da, yarimfinalda ermənistanlı Suren İşxanyanla bacarmayıb - 4:15. Abbas sabah bürünc medal görüşünə çıxacaq. Rəqibi İssa Çurayev (Fransa) - Kiril Şumeyko (Macarıstan) qarşılaşmasının qalibi olacaq.

 

Rəşid Nazarov (65 kq) gürcüstanlı Bidzina Jintçaradzeyə xalların keyfiyyətinə görə (2:2) qalib gəldikdən sonra türkiyəli Aydıncan Gümüşdağ (7:3) və ukraynalı Teymur Abumislimovu (3:1) üstələyib. Rəşid yarımfinalda fransalı Saşa Oberi vaxtından əvvəl (10:0) xalçadan məyus yola salıb. Nazarov sabah finalda rusiyalı Maksim Monquşla güləşəcək.

 

Nihad Süleymanlı (80 kq) gürcüstanlı Rati Revazaşvili (7:2), macarıstanlı Zeteni Tuği (7:0) və rusiyalı Rəcəb Rəcəbova (2:0) qalib gələrək adını finala yazdırıb. Nihad həlledici görüşdə türkiyəli Emirhan Çayırla qarşılaşacaq.

 

Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarovla (2:1) slovakiyalı Adam Koşanı (4:1) yolundan kənarlaşdırsa da, yarımfinalda gürcüstanlı Murtaz Baqdavadzeyə 0:3 hesabıyla məğlub olub. Təmsilçimizin sabah üçüncü yer uğrunda mübarizə aparacağı rəqibi rumıniyalı Marku Vintan və ya belaruslu Daniil Jivula olacaq.

#azərbaycan #çempionatında #yüksəlib #avropa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər