00:00:00
Yazar
Zəhra Həsənova
11.06.2026 17:42 16 2 dəq oxuma
İdman

Azərbaycanlı gənc yelkənçilər dünya çempionatında

Azərbaycanlı gənc yelkənçilər dünya çempionatında

Azərbaycanın gənc yelkənçiləri Mərakeşin Tanjer şəhərində optimist sinfi üzrə dünya çempionatında iştirak edəcəklər. İyunun 18-28-i tarixlərində keçiriləcək yarışda ölkəmizi Amira Bayramova, Furkan Mustafayev, Səma Mansurzadə, Kamal Bəşirli və Emel Məmmədli təmsil edəcək. Beynəlxalq səviyyəli bu yarış gənc idmançıların təcrübə qazanması və potensiallarının nümayişi baxımından əhəmiyyətli hesab olunur.

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki,  idmançılarımızın bu yarışlarda iştirakı belə özü böyük bir uğurdur:

 

"Yelkənçilərimizin belə yarışda iştirak etməyini görmək çox xoşdur, çünki bu elə bir idman növüdür ki, burda birdən-birə nəticə qazanmaq çətindir. Azərbaycanda bu idman növünün müəyyən kökləri olsa da, onu inkişaf etdirmək  böyük əmək, əziyyət tələb edir. Yəni su hövzələri az olduğundan onu inkişaf etdirmək çətindir, amma Su İdman Növləri Federasiyası bu istiqamətdə çox böyük işlər görür. Ümumiyyətlə bu federasiya müxtəlif beynəlxalq yarışlar keçirərək, hətta onlardan ən məşhuru Qarabağdakı olan Prezident Kubokudur, yəni bu tipli yarışların sayını çoxaldaraq idmançılarımızın Azərbaycanda beynəlxalq yarış təcrübəsi qazanmasına şərait yaradır və bu da öz nəticəsini verməkdədir. Bu idman növündə bizim geniş təcrübəmiz hələ ki yoxdur. Təbii ki, birdən-birə təcrübə qazanmaq olmur, yavaş-yavaş biz bu yarışlarda uğurlar qazanmağa başlayacağıq. Düşünürəm ki, bizim idmançılarımızın bu yarışlarda iştirakı belə özü böyük bir uğurdur və əgər yarışda iştirak edirlərsə, nəticə qazana da bilərlər və biz buna ancaq çox sevinə bilərik. İdmançılarımızın əsas zəif tərəfi təcrübə məsələsidir, amma bu da qısa müddətdə aradan qaldırılacaq bir çətinlikdir. Onun öhdəsindən gəlmək həm idmançıların özü üçün, həm də bizim üçün sevindirici olacaq. Komandamıza uğurlar arzulayıram".

 

Samirə Allahverdizadə

#yelkənçilər #azərbaycan #baki #dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər