00:00:00
Yazar
Zəhra Həsənova
06.04.2026 21:04 26 1 dəq oxuma
İdman

Azərbaycanlı gimnastlardan 6 medal

Azərbaycanlı gimnastlardan 6 medal

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri Azərbaycan təmsilçiləri üçün uğurlu nəticələrlə yadda qalıb. Gimnastlarımız yarışı ümumilikdə 6 medalla başa vuraraq diqqət çəkən çıxış sərgiləyiblər.

 

Mövzu ilə bağlı idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib ki, bu il yarışda 15 ölkənin bədii gimnastları vardı. İştirakçılar arasında iddialıların olması mübarizənin gərgin keçəcəyindən xəbər verirdi:

 

"6 medal qazanılması çox sevindiricidir. Amma söhbət kəmiyyətdə deyil, zamanla Azərbaycan gimnastlarının ustalıq səviyyəsinin artdığını görürük. Bu turnirdə də mühüm tendensiya davam etdi. Ona görə də, gimnastlarımızın etimadı doğrulduğunu deyə bilərik. Yaxın keçmişdə prioritet məsələ  idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda iştirakı idi, ancaq AGF rəhbərliyinin dəqiq strategiyaya söykənən fəaliyyəti nəticəsində çox qısa müddətdə təmsilçilərimizin adı iddialılar və hətta favoritlər sırasında çəkilməyə başladı. Yəni, uğurlar federasiyanın ümumi inkişaf proqramının məntiqi nəticəsidir. Mütəmadi olaraq yeni adlara rast gəlinməsi prosesin davamlı xarakter daşıdığının göstəricisidir".


Zəhra Möhübbətova

#azərbaycan #yeni #gündəm #azərbaycanlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər