00:00:00
Yazar
Aysel Mirzəyeva
02.04.2026 19:33 16 1 dəq oxuma
İdman

Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat

Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat

Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.


Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Fəridə Lütfəliyevanın növbəti təyinatı yaxşı bir hadisədir:

 

“Təbii ki, futbolumuzun inkişafı, xüsusilə də qadınların futbolumuza inteqrasiyası baxımından çox yaxşı bir təkandır. Bu mütəmadi baş verir. Yəni qadın hakimlərimizin performansı artıma doğru gedir. Ümumiyyətlə, bizdə qadın hakimlər həmişə yaxşı olublar. Amma sadəcə müəyyən dövrlərdə eniş yaşansa da, hazırda yaxşı durumdadır və qadın hakimlərimiz kişilərlə birlikdə Premyer Liqa, klub matçlarında təyinat alırlar. Mütəmadi ədalət təmsilçisi olurlar. Ümumiyyətlə, beynəlxalq yarışlara təyinatlar qadın hakimliyinin inkişafına çox müsbət təsir göstərir. Çünki beynəlxalq matçlarda sürətlər daha yüksək olur. Orada təzyiq, intensivlik daha böyük olur. Ona görə də orada işin öhdəsindən yaxşı gələn hakimlər daxili yarışlarda daha rahat, daha düzgün idarə edə bilirlər. Ona görə də, bunu ancaq müsbət dəyərləndirmək olar. Qeyd etdiyim kimi, son zamanlar, son illərdə qadın hakimlərimizin səviyyəsi artıma doğru getməyə başlayıb”.


Günel Əlili

#gündəm #təyinat #hakimlərə #azərbaycanlı #qadın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər