00:00:00
Yazar
Admin User
08.02.2016 08:47 869 1 dəq oxuma
İdman

Azad Rəhimov: Formula 1 yarışlarını 5 il keçirməsək, cərimə ödəməliyik

Azərbaycan Formula 1 yarışının keçirilməsi üçün 10 illik müqavilə bağlayıb. Yarışlar 5 il keçirilməlidir.
Azad Rəhimov: Formula 1 yarışlarını 5 il keçirməsək, cərimə ödəməliyik

\"Azərbaycan Formula 1 yarışının keçirilməsi üçün 10 illik müqavilə bağlayıb. Yarışlar 5 il keçirilməlidir”.

İnformator.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda ölkə cərimə olunmalıdır.

A.Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər: \"Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilati xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq\".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər