00:00:00
Yazar
Elmira Ağayeva
07.07.2026 18:32 30 1 dəq oxuma
Gündəm

AZAL Bakı–Qars istiqaməti üzrə birbaşa uçuşlara başlayır

AZAL Bakı–Qars istiqaməti üzrə birbaşa uçuşlara başlayır


Azərbaycan Hava Yolları (AZAL) marşrut şəbəkəsini genişləndirərək Türkiyənin Qars şəhərinə birbaşa müntəzəm uçuşların icrasına başlayacaq.
Şirkətin yaydığı məlumata görə, Bakı–Qars–Bakı marşrutu üzrə ilk aviareys iyulun 30-da həyata keçiriləcək. Uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.Aviabiletlərin satışı artıq açıqdır və sərnişinlər biletləri AZAL-ın rəsmi satış kanalları vasitəsilə əldə edə bilərlər.

 

 

Yeni marşrutun istifadəyə verilməsi Azərbaycan və Türkiyə arasında hava nəqliyyatı əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək. Qars şəhəri AZAL-ın Türkiyə üzrə uçuş həyata keçirdiyi doqquzuncu istiqamət olacaq ki, bu da iki ölkə arasında turizm, biznes və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək.

 


Tarixi və mədəni irsi ilə seçilən Qars şəhəri həm yerli, həm də xarici turistlərin maraq göstərdiyi istiqamətlərdən biridir. Yeni aviareyslərin istifadəyə verilməsi Azərbaycan vətəndaşlarının bu bölgəyə daha rahat səfər etməsinə, eyni zamanda Türkiyədən Azərbaycana turist axınının artmasına şərait yaradacaq.

 


Qeyd edək ki, AZAL son dövrlərdə beynəlxalq marşrut şəbəkəsini genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Yeni istiqamətlərin açılması sərnişinlərə daha çox seçim imkanı təqdim etməklə yanaşı, ölkənin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına da müsbət təsir göstərir.

 

Aytac Şükürlü

#AZAL #Qars #Bakı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər