00:00:00
Yazar
Səadət Əlizadə
05.07.2026 10:05 19 1 dəq oxuma
Sosial

AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər 

AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər

Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur.

 

"İnformator.az" xəbər verir ki, bu barədə  “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən xəbər verilib.

 

Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.

 

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirir.

#baki #yeni #uçuşları #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər