Azarkeşlər matçdan zövq alsınlar - Qurbanov
Hücumda üstünlük qazansaq da, hər zaman balansı qorumağa çalışmışıq. Əgər nəyəsə nail olmaq istəyiriksə, mütləq irəli getməliyik.
"İnformator.az" xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Qarabağ”- “Nyukasl” ilə oyun öncəsi mətbuat konfransında deyib.
“Sabahkı oyun daha çətin olacaq. Azarkeşlərə tövsiyəm budur ki, matçdan zövq alsınlar və növbəti oyuna köklənsinlər. İdmançılarımız pis hazırlaşmayıb, demək olar ki, tam hazırdırlar. Oyun zamanı yorğunluq ola bilər, lakin toparlanıb mübarizəni davam etdirəcəklərinə inanıram. Rəqib bizi üstələsə də, hər bir anda futbolçularımın özlərinin ən yaxşı tərəflərini göstərəcəklərinə inanıram”, - Qurbanov bildirib.
