Azərbaycan ağırlıqqaldıranı İslamiadada bürünc medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
"İnformator.az" xəbər verir ki, millimizin üzvü 71 kq çəki dərəcəsində üçüncü olub.
O, birdən qaldırmada 147 kq ağırlığın öhdəsindən gəlib.
