00:00:00
Yazar
Admin User
04.02.2026 13:02 75 1 dəq oxuma
İdman

Azərbaycan Basketbol Liqası

Azərbaycan Basketbol Liqası

Azərbaycan Basketbol Liqasında XVI turun start götürməsi ilə çempionatın gərgin mərhələsinə daxil olunub. Turun açılış oyununda “Sumqayıt” və “Lənkəran” komandalarının qarşılaşması turnir cədvəlindəki vəziyyət baxımından xüsusi əhəmiyyət daşıyır

 

Mövzu ilə bağlı Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev "İnformator.az"a açıqlamasında deyib ki, "Sumqayıt"- "Lənkəran" oyununda üstün tərəf "Sumqayıt"dır. Qələbə hər iki komandaya lazımdır:

 

"Sonuncu - dördüncü dövrə başlayıb. Artıq bu dövrdə "B" qrupunda "4+1" sistemi işə düşür. Yəni, 4 əcnəbi + 1 yerli basketbolçunun parketdə varlığı mütləqdir.  16-cı tur 4-cü dövrə deməkdir. Turnir cədvəlindən "Sumqayıt" daha yaxşı nöqtədən qoşulmaq istəyir və bu oyunda sumqayıtlı basketbolçular əlindən gələni etməyə çalışacaqlar.  Mövsümün ikinci yarısında azarkeş marağını artırmaq üçün bir sıra işlər də görürük. Güclü komandaların oyununa azarkeş marağı böyükdür".

 

Müsahibin sözlərinə görə, "Sabah"ın oyunlarına anonslar olunur və komandanın çox azarkeşi var:

 

"Federasiyanın İnstagram səhifəsindən çağırış edirik. "Media Basket" Liqası da var. Orada bloggerlər fəaliyyət göstərirlər, azarkeşlərə çağırış edirlər ki, "Gəlin, arenalardan oyunu izləyin!". Biz də sosial media hesablarımızda paylaşımlar edirik. Region klublarının olması  üstünlük yaradır, həmin regionda da basketbola maraq yaranır. İndiki vəziyyətdə burada inkişaf və maraq o qədər də yüksək səviyyədə deyil, amma yavaş-yavaş bu məsələ üzərində də işlər aparılır. Təbliğat ölkənin regionlarında da nümayiş olunur".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər