Azərbaycan Basketbol Liqasında "Gəncə" "Neftçi"yə qalib gəlib
Azərbaycan Basketbol Liqasında VIII turun daha bir oyunu keçirilib.
"İnformator.az" ın məlumatına görə, A qrupunda yer alan kollektivlərin duelində "Gəncə" "Neftçi"yə 80:73 hesabı ilə qalib gəlib.
Görüş "Sərhədçi" İdman Mərkəzində baş tutub. Qeyd edək ki, turun açılış qarşılaşmasında "Ordu" "Sərhədçi"ni (100:64) məğlub edib.
