Azərbaycan Basketbol Liqasında XIII tura start verilib
Azərbaycan Basketbol Liqasında XIII turun oyunlarına başlanılıb. İlk oyun günündə B qrupunda “Naxçıvan” səfərdə “Lənkəran”ı 106:75 hesabı ilə məğlub edib. Bu nəticədən sonra “Naxçıvan” 23 xalla ikinci, “Lənkəran” isə 16 xalla beşinci pillədə yer alıb. XIII tura yanvarın 18-də yekun vurulacaq.
Mövzu haqqında “Naxçıvan” basketbol klubunun baş məşqçisi Nikola Bojinovski “İnformator.az”a açıqlamasında bildirib ki, komanda ən son iştirak etdiyi matçda oyuna həm müdafiədə, həm də hücumda yaxşı başlayıb:
" “Lənkəran” komandası son oyunun birinci periodunda beş üçxallıq atışla cavab verib, “Naxçıvan” isə bundan sonra müdafiəsini daha da sərtləşdirərək daha aqressiv oynayıb. “Lənkəran” komandasının heyətində bir neçə legioner oyunda iştirak etməyib, bizim komandamızda isə yalnız bəzi yerli oyunçular çatışmayıb. İdarə heyəti və idmançılar sonda əldə edilən nəticədən razı qalıb. Qrupda üçüncü yer uğrunda mübarizə maraqlı olacaq. Hələ oynanılacaq oyunlar var və hər şeyin sonadək qeyri-müəyyən qalacağı hesab edilir. Komandamız əsasən məşqlərdə səylə çalışan və hər məşqdə, hər oyunda inkişaf etməyə çalışan gənc yerli oyunçulardan ibarətdir. Onların bu müddət ərzində göstərdikləri irəliləyiş və prosesə yanaşmaları məni çox məmnun edir”.
Mələk Nəsirli
