Azərbaycan Basketbol Liqasında XV tura start verilib
Azərbaycan Basketbol Liqasında XV tura start verilib.
"İnformator.az"ın məlumatına görə, turun ilk matçında "Lənkəran" "Ordu"nu qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63
Xallarının sayını 29-a çatdıran "Ordu" B qrupunda liderdir. Meydan sahibləri 19 xalla sonuncu - altıncıdır.
