Azərbaycan basketbol yığmasının ilkin mərhələdəki rəqibləri müəyyənləşib
FIBA Avropa çempionatı ilə bağlı püşkatma keçirilib. Püşkün nəticəsinə əsasən, Azərbaycan yığmasının A qrupunda mübarizə aparacağı məlum olub. Həmin qrupda rəqibləri Şimali Makedoniya, Lüksemburq, İrlandiya olacaq.
Mövzu ilə bağlı basketbol üzrə mətbuat katibi Sənan Əliyev "İnformator.az" a açıqlamasında bildirib ki,rəqiblər hələ ki,analiz edilməlidir, lakin təbii ki şansımız var:
"Qrupda İrlandiya və Lüksemburq ilə başabaş mübarizə apara bilərik, məğlub etmə potensialımız çoxdur. Şimali Makedoniya digərlərindən gücünə görə seçilir,Balkan ölkələri arasında basketbol ənənələri ilə zəngin olan ölkədir, həmçinin, tanınmış, bacarıqlı basketbolçuları da çoxdur.
A qrupunda 4 komanda olduğu üçün millimiz ümumilikdə 6 oyunda iştirak edəcək. İlkin təsnifat oyunları noyabrda baş tutacaq".
Mələk Nəsirli
