00:00:00
Yazar
Admin User
22.12.2025 17:37 100 2 dəq oxuma
İdman

Azərbaycan boksçuları Türkiyədə keçirilən dostluq turnirində 32 medal qazanıblar

Azərbaycan boksçuları Türkiyədə keçirilən dostluq turnirində 32 medal qazanıblar

 

Türkiyənin Ağrı vilayətində keçirilən beynəlxalq dostluq turnirində Naxçıvan boks yığma komandası 32 medal qazanaraq uğurlu çıxış edib; komandanın idmançıları 14 qızıl, 16 gümüş və 2 bürünc medala sahib olublar.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, naxçıvanlı boksçuların bu turnirdə uğur qazanması əslində strateji xarakter daşıyır:

 

"Çünki Naxçıvan qədim Azərbaycan torpağıdır. Amma məlum səbəblərdən müharibə və digər səbəblərdən artıq uzun illərdir Naxçıvan Muxtar Respublikası faktiki blokada şəraitində yaşayır və bizim ora maksimum dəstək vermək mümkün olmur. Ona görə də onlar oradakı insanları, idmançılarımız da həmçinin çox çətin şəraitdə, yəni çətin imkanlarla mübarizə aparmalı olurlar. Vətəndən uzaqda, Vətənin bayrağını dalğalandırmağa çalışırlar. Ona görə də, boksçularımızın bu turnirdə, beynəlxalq turnirdə qazandıqları uğurun dəyəri ikiqat böyükdür. Naxçıvan əslində tanınmış idmançıları ilə məşhurdur. Bütün idman növləri təkcə boksda yox, güləş, futbol və digər idman növlərində həmişə güclü idmançıları ilə pələvanları ilə tanınmış bir regionumuzdur. Azərbaycan, Naxçıvan idmançılarının istənilən beynəlxalq turnirdə qələbə qazanması Azərbaycanın bir idman ölkəsi kimi daha da böyüdür. Azərbaycan idman ölkəsidir. Hər il beynəlxalq turnirlərdən yüzlərlə, minlərlə medallarla qayıdırlar. Beynəlxalq arenada bayrağımız qaldırılır, himnimiz səsləndirilir. Naxçıvanda da bu prosesin olması, qabiliyyət nümunəsi, Naxçıvanın öz töhfəsini verməsi çox sevindiricidir. Bu, həm də diplomatik qələbədir. Yəni biz onu göstəririk ki, blokadada olmasına rəğmən Naxçıvan da Azərbaycana öz idman töhfəsini verir. Bu, bizim diplomatik və yaxud digər formada istənilən, həm də siyasi, diplomatik, ictimai qələbəmizin bir göstəricisi kimi qiymətləndirilə bilər “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər