00:00:00
Yazar
Admin User
02.08.2025 15:39 145 1 dəq oxuma
Hadisə

Azərbaycan boksçusu Almaniyada gümüş qazanıb

Azərbaycan boksçusu Almaniyada gümüş qazanıb

Azərbaycan boksçusu Sübhan Babayev Almaniyanın Frankfurt şəhərində gənclər (U-19) arasında keçirilən “Brandenburq Kuboku”nda final görüşünə çıxıb.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, 60 kiloqram çəkidə çıxış edən yığma üzvü həlledici görüşdə Ellisbey Selimlə (ABŞ) üz-üzə gəlib.

 

Görüş rəqibin qələbəsi ilə başa çatdığından Babayev gümüş medala sahib olub. Qeyd edək ki, boksçu daha öncə müvafiq olaraq, Simonas Puniskis (Litva), Nur Zakarye (Almaniya) və Mattia Turrinə (İtaliya) qalib gəlib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər