Azərbaycan cüdoçuları Belçikada beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycan cüdoçuları yanvarın 31-dən fevralın 1-dək Belçikada beynəlxalq açıq turnirdə iştirak edəcəklər.
"İnformator.az" xəbər verir ki, yığma yarışda ümumilikdə 14 çəki dərəcəsində 31 cüdoçu (17 kişi, 14 qadın) ilə təmsil olunacaq.
Cüdoçularımıza kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Qeyd edək ki, kişilərin mübarizəsi Vise, qadınların yarışı isə Herstal şəhərlərində baş tutacaq.
