00:00:00
Yazar
Admin User
14.11.2025 16:49 151 1 dəq oxuma
İdman

Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində bürünc medal qazanıb.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.


O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gəlib. Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub. Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər