00:00:00
Yazar
Admin User
02.01.2026 08:55 84 1 dəq oxuma
İdman

Azərbaycan çempionatlarında ilin ilk oyunlarının vaxtları bəlli olub

Azərbaycan çempionatlarında ilin ilk oyunlarının vaxtları bəlli olub

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında 2026-cı ilin ilk oyunlarının vaxtı açıqlanıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

 

Kişilərin yarışında VIII tura yanvarın 6-da "Neftçi" - "Gənclər" matçı ilə start veriləcək. Qarşılaşma saat 16:00-da başlanacaq. Saat 18:00-da "Ordu" - Murov Az Terminal" görüşü keçiriləcək. Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında olacaq. VIII turun "Gəncə" - "Milli Aviasiya Akademiyası" matçı yanvarın 9-da saat 15:00-da start götürəcək. Bu oyun isə Gəncə İdman Sarayında təşkil ediləcək.

 

Yanvarın 9-da, saat 16:00-da, FHN-nin idman zalında II turdan təxirə salınmış "Azerreyl" - "Gənclər" qarşılaşması baş tutacaq.

 

Qadınların mübarizəsində isə VI turdan təxirə salınmış matç yanvarın 6-da olacaq. Saat 17:00-da "Murov Az Terminal" - "Abşeron" oyunu keçiriləcək. VIII turun "Turan" - "Azerreyl" görüşü yanvarın 8-də saat 14:00-da, "DH Volley" - UNEC qarşılaşması saat 18:00-da keçiriləcək. "Gəncə" - "Milli Aviasiya Akademiyası" dueli isə yanvarın 9-da saat 15:00-da başlanacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər