00:00:00
Yazar
Admin User
05.10.2023 18:16 300 2 dəq oxuma
Sosial

Azərbaycan dövləti Qarabağ ermənilərini öz vətəndaşı hesab edir

Azərbaycan dövləti Qarabağ ermənilərini öz vətəndaşı hesab edir

Qarabağdakı erməni sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsi oktyabrın 2-dən 13-ə dək davam edəcək ATƏT-in Varşavada keçirilən İnsan Haqlarına dair illik toplantısında müzakirə olunub. 57 ölkənin səfir, diplomat, vətəndaş cəmiyyəti nümayəndələri və media mənsublarının qatıldığı toplantıda 44 günlük müharibədə Azərbaycanın qazandığı zəfər və ondan sonrakı dövrdə bölgədə baş verən hadisələr ətrafında danışılıb.

 

Ermənistanın nümayəndələri toplantı zamanı yenə də təxribata əl ataraq, Azərbaycan dövlətinin ünvanına saxta və yalan iftiralar səsləndiriblər. Qarabağda erməni sakinlərə qarşı guya etnik təmizləmə aparıldığını iddia edən erməni səfirə cavab verən azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov bu gün Qarabağda sülh, dialoq və birgə yaşayışın təməlinin atıldığını bildirib. Azərbaycan dövlətinin Qarabağdakı erməni sakinlərin hüquqlarının qorunması və təhlükəsiz yaşamının təmin edilməsi istiqamətində ciddi addımlar atdığını diqqətə çatdırıb.

30 illik erməni işğalından sonra Azərbaycannın nəhayət öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini bildirən hüquq müdafiəçisi Əhməd Şahidov deyir ki, bu gün Qarabağda sülh və dialoq yenidən bərqərar olur:

 

“Azərbaycan dövləti Qarabağda yaşayan erməniləri öz vətəndaşı hesab edir və onların Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası üçün bütün imkanları səfərbər edib. Erməni lobbisinin və erməni mediasının Qarabağda guya "soyqırım və etnik təmizləmə aparılması" ilə bağlı həyata keçirdikləri təbliğat yalan və böhtan üzərində qurulub.  BMT nümayəndələri Xankəndində və digər şəhərlərdə müşahidələr aparıb, yerli erməni sakinlərlə görüşüb, Azərbaycan dövlətinin yerli sakinlərə münasibətdə hər hansı təzyiq və təhdidləri ilə bağlı fakt qeydə alınmayıb. Mən burada təmsil olunan hər bir ölkə nümayəndələrini Azərbaycanın Qarabağ bölgəsinə dəvət edirəm. Gəlin və özünüz şahidi olun. Çünki biz bir-birimizi tənqid etmək üçün deyil, əməkdaşlıq etmək üçün buradayıq”.

 

Ləman

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər