00:00:00
Yazar
Admin User
07.09.2023 17:09 376 1 dəq oxuma
Sosial

AZƏRBAYCAN DİLİNDƏ TƏDRİS SAATLARI ARTIRILIR

AZƏRBAYCAN DİLİNDƏ TƏDRİS SAATLARI ARTIRILIR

  Tədrisi rus dilində aparılan bir sıra ümumtəhsil məktəblərində Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədrisinə başlanacaq.

  Təhsil nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xuduyeva pilot layihənin V-XI sinif şagirdlərini əhatə edəcəyini bildirib. “Ötən tədris ilindən, yəni 2022-2023-cü tədris ilindən 20 ümumtəhsil məktəbinin 5-ci sinifindən başlayaraq Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris olunmağa başladı. Təhsil institutunun pilot layihənin nəticələrini araşdırması nəticəsində layihənin müsbət nəticələrinin olduğu qeyd olundu. Təklif olundu ki, bu ildən ölkənin 100 məktəbində bu layihə davam etdirilsin”.

  Təhsil eksperti Elmin Nuri deyir ki, xarici dillərdə tədrisin məhdudlaşdırılmasında əsas məqsəd Azərbaycan dilində təhsilin keyfiyyətini artırmaqdır. Hazırda bütün ümumitəhsil müəssisələrində “Çağırışaqədərki hazırlıq”, “Zəfər tarixi” həmçinin “Ortaq türk tarixi” kurslarının tədrisi bütün bölmələrdə Azərbaycan dilində aparılır. “Azərbaycanda fəaliyyət göstərən bir məktəbdə Azərbaycan dilində Azərbaycan tarixi fənninin keçirilməsi birmənalı şəkildə vacibdir. Azərbaycanda 334 rusdilli məktəb var. Onlardan yalnız 17-də rusdilli təhsil həyata keçirilir. Qalanlarında qarışıqdır. Onların yalnız 20-də bu il Azərbaycan tarixi fənni Azərbaycan dilində keçiriləcək. Nəinki 5-ci, Azərbaycan tarixinin keçirildiyi bütün siniflərdə bu qayda birmənalı şəkildə öz təsdiqini tapmalıdır”.

  Qeyd edək ki, bundan öncə Gürcüstan, Ukrayna, Qazaxıstan və Baltikyanı ölkələrdəki məktəblərdə ana dilində tədris saatlarının sayı artırılıb.

RƏQSANƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər