\"Azərbaycan Dəmir Yolları\" sədrinə yeni müavinlər təyin edilib
Zaman Novruzov və Hicran Valehov \"Azərbaycan Dəmir Yolları\" QSC sədrinin yeni müavinləri təyin edilib.
Zaman Novruzov və Hicran Valehov \"Azərbaycan Dəmir Yolları\" QSC sədrinin yeni müavinləri təyin edilib. İnformator.az xəbər verir ki, bunu Trend-ə QSC-dən deyiblər.
QSC-dən bildiriblər ki, onlar bu vəzifədə Etibar Niftəliyev və Qurban Nəzirovu əvəz ediblər. Həmçinin Q.Nəzirov QSC-nin yol təhlükəsizliyi üzrə baş müfəttişi təyin edilib.
QSC sədrinin 4 müavini var: Əlirza Süleymanov, İqbal Hüseynov, Zaman Novruzov və Hicran Valehov.
