00:00:00
Yazar
Admin User
14.11.2025 17:38 107 2 dəq oxuma
İdman

Azərbaycan – Fransa matçının hakimi bəlli olub

Azərbaycan – Fransa matçının hakimi bəlli olub

“Azərbaycanın İslandiya ilə oyununu idarə edən hakimə baxsaq, şərhçilər və idman jurnalistləri bildiriblər ki, bu hakim dəfələrlə Azərbaycan oyunlarını idarə edib və Azərbaycanmeyilli bir hakimdir”.

 

Bu sözləri idman jurnalisti Namiq Abbasov “İnformator.az”a açıqlamasında deyib. O qeyd edib ki, burada nə Azərbaycan, nə də qeyri-Azərbaycan məsələsi var, çünki hakimlər qaydalara tabedirlər:

 

“Onlar UEFA-nın tərtib etdiyi qaydalara tabelidirlər və onlara cavabdehlik daşıyırlar. Yəni bütün bu qaydaları yerinə yetirməyə cavabdehdirlər və onların qərarlarını nə bizim daxili hakimlər, nə də digərləri müzakirə etmək istəmirlər. Çünki burada bir qadağa qoyulub. Hakim meydanda qərarını verir və bu qərarı nəzarətdə saxlamaq üçün ‘VAR sistemi’ təşkil olunub. Lakin, əfsuslar olsun ki, bir çox oyunlarda mən özüm diqqət yetirirəm: bizim gözümüzlə gördüyümüz 100 faizlik cəza – qırmızı vərəqə və yaxud da 11 metrlik cərimə zərbəsinin təyin edilməli olduğu halda – VAR sistemi nəzarətsiz qalır. Bu məsələnin üstündən hakim birmənalı şəkildə meydanın mərkəzində qərarını verir və tələb edir ki, top oyuna, əgər meydandan çıxıbsa, künc zərbəsi və ya autla daxil edilsin və oyun davam etsin. Qıraqdan gələn qərarı gözləmir. ‘Latviyalı hakimlər daha sərt oyuna dözümlü olurlar’ fikrinə isə mən birmənalı şəkildə yox deyərdim. Elə hakimlər var ki, məsələn, oyun xoşuna gəlirsə, üstünlük verir ki, oyun davam etsin; yaxud sən yerə yıxılmısansa və komandana hücum olunursa, üstünlük verir ki, hücum davam etdirilsin”.

 

Müsahibimizin sözlərinə görə, komandamızın məğlub olacağı ehtimalı daha yüksəkdir:

 

“Mən də çox istəyirəm ki, komandamız qalib gəlsin, amma hələ heyətdə cavanlar çoxdur. Yəni oyun üslubumuz var, bir-birimizi tanıyırıq, başa düşürük. Amma texnikamız və səviyyəmiz avropalı futbolçulardan qat-qat geri qalır. Ona görə onların klub səviyyəsində komandaları milyonlarla qiymətləndirilir. Bir də Azərbaycandakı klublara baxın, legionerlərin qiymətinə baxın: orada yer tapa bilməyən legioner Asiyaya, Azərbaycana, Türkiyəyə üz tutur. Yəni hakimliyin bu oyuna təsiri olmayacaq. İstər sərt meyilli olsun, istər olmasın. Onsuz da ‘Qarabağ’ın timsalında görürük ki, büdrətmək istəyəndə büdrədirlər. Olan hadisəni işıqlandırmırlar, qiymətləndirmirlər və ‘Qarabağ’a işıq yolu açmırlar. ‘Qarabağ’ öz gücünə, sistem oyununa və futbolçuların mənəviyyatına görə irəliləyir. Burada hakimin mövqeyi yoxdur. Hakim həmişə öz işini görür, çünki o, UEFA-ya tabedir”.

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər