Azərbaycan-Fransız Universitetində jurnalistlərlə görüş
Azərbaycan-Fransız Universiteti Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirib.
İnformator.azxəbər verir ki, universitetdə icra edilən layihələr, xarici ölkələrin təhsil ocaqları ilə əməkdaşlıq məslələri, gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparılıb. Həmçinin universitetin məzunlarının təhsil və karyera uğurları diqqətə çatdırlıb.
Media nümayəndələrinin çoxsaylı sualları ətrafında fikir mübadiləsi edilib.
